Azərbaycanda yumurta BAHALAŞDI – FOTO

Azərbaycanda kənd yumurtasının qiyməti artıb.

 

Oxu.Az-ın məlumatına görə, bəzi marketlərdə yumurtanın qiyməti 40 qəpik olub.

 

Saytın əməkdaşının baş çəkdiyi mağazalarda ağ yumurtanın qiymətinin 13-16 qəpik, kənd yumurtasının isə 33-40 qəpik arası olduğunu müşahidə edib.

 

Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir. 

 

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Oxu.Az-a açıqlamasında bildirib ki, kənd yumurtasının qiymətinin artması tələbata görədir:

 

“Hazırda toyuqların kürt yatma dövrüdür. Bu səbəbdən kənd yumurtasının sayı azaldığına görə market və bazarlarda qiyməti artıb”. 

Mənbə

Share: