Şəkidə 4 yaşlı uşaq mürəbbə bişirilən qazana düşərək yanıb.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Köndələn kənd sakini, 2018-ci il təvəllüdlü Əlizadə Ömər Səxavət oğlu yaşadığı ünvanda mürəbbə bişirilən qaynar qazana yıxılaraq yanıq xəsarətləri alıb.
Yaxınları onu Şəki rayon Mərkəzi xəstəxanasına aparıblar. Azyaşlının vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsinə qərar verilib.
Faktla bağlı araşdırma aparılır.