“Balidəki “soyuq duş” kifayət etməyib, Lavrov Polşaya, ATƏT-in iclasına buraxılmadı…

“Bu qərar Rusiya Federasiyası tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulması ilə bağlıdır…”

 

“Polşa ATƏT-in əsas prodedur qaydalarını pozub. Varşava ATƏT-i möhkəmləndirmək əvəzinə onu dağıtmaqla məşğuldur…”

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrova və Rusiya nümayəndə heyətinə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının sessiyasına giriş qadağan edilib.

 

Moderator.az xəbər verir ki, bu barədə “УНИАН” nəşri məlumat yayıb.

 

Polşa XİN mətbuat katibi Lukaş Yasina “France Press” agentliyinə deyib ki, rusiyalılara ölkəyə giriş qadağan edilib.

 

Dekabrın 1-2-də Lodzada baş tutacaq nazirlərin iclası ilə yanaşı, rusiyalılar Varşavada noyabrın 24-26-da keçiriməsi planlaşdırılan ATƏT-in Parlament Assambleyasının payız sessiyasında da iştirak edə bilməyəcək.

 

Polşanın xarci siyasət idarəsi vizaların verilməsindən imtina edilməsini Rusiya Federasiyası tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulması ilə izah edib.

 

Rusiya bu qərara ATƏT-in ünvanına qəzəbli məktubla cavab verib.

 

Bu zaman Rusiyanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy bəyan edib ki, təşkilatın payız sessiyasımda iştirak etmək üçün Polşa vizalarının verilməsindən imtina edilməsi onunla bağlıdır ki, orada Rusiya nümayəndələrinin rahatsız çıxışlarından qorxurlar.

 

“Polşa ATƏT-in əsas prosedur qaydalarını pozub. Varşava ATƏT-i möhkəmləndirmək əvəzinə onu dağıtmaqla məşğuldur”, – Rusiya XİN-in bəyanatında deyilir.

 

Oktyabr ayında Polşa parlamenti Rusiya hakimiyyətinin terrorçu rejim kimi tanınması barədə qətnamə qəbul edib.

Mənbə

Share: