Avropa İttifaqı (Aİ) liderləri dekabrın 15-də Brüsseldə keçiriləcək sammitdə Bosniya və Herseqovinaya rəsmi Aİ-yə namizəd statusu verə bilərlər.
Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb .
Sloveniyanın baş naziri Robert Qolob Tiranada keçirilən Aİ-Qərbi Balkanlar sammitində çıxışı zamanı deyib ki, “siyasi qərarın qəbulu yalnız zaman məsələsidir”.
Qolob jurnalistlərə bildirib ki, ölkənin namizədliyinin texniki detalları müzakirə edilir.
Rəsmi statusun verilməsi üçün Aİ-yə üzv olan 27 ölkənin hamısının təsdiqi lazımdır.
Akif İsmayılov