Makronun istefası və ətin qadağan edilməsi…

“Qızılın qiyməti kəskin bahalaşacaq, Avropa İttifaqı özünün Silahlı Qüvvələrini yaradacaq, Brexit qərarına yenidən baxılacaq, ofşorlar qadağan ediləcək…”

 

Danimarkanın “Saxo Bank”-ı 2023-cü ilə şok proqnoz dərc edib. Bu proqnoz az ehtimal edilən və kifayət qədər dəyərlındirilməyən hadisələrə aiddir, lakin bunlar “dünya bazarını güclü zərbə dalğası ilə sarsıda bilər”.

 

Moderator.az xəbər verir ki, bu barədə “Liga.net” nəşri yazıb.

 

1. Energetika üçün “Manhetten layihəsi”

 

Enerjiyə qlobal tələbatın daima artması dünyanın ən zəngin insanlarını sıx birləşməyə və elə miqyasda elmi-tədqiqat layihəsinə başlamağa sövq edəcək ki, Manhetten layihəsinin ABŞ-a ilk atom bombasını yaratmağa imkan verəndən bəri dünya hələ görməyib. Yeni layihəyə investisiyalar isə təxminən bir trilyon dollar təşkil edəcək.

 

2. Emmanuel Makronun istefası

 

Fransada siyasi vəziyyət və 2022-di ci ildəki seçkilərdən sonra Mari Li Penin populyarlığının artması Makronu dalana salacaq və onu siyasəti tərk edib istefa verməyə məcbur edəcək.

 

3. Qızılın unsiyasının kəskin bahalaşması

 

Qızılın qiyməti bazarlarım və mərkəzi bankların inflyasiyanın müvəqqəti olması, yüksək qiymətlərin uzun müddət saxlanılması barədə yanlış ideyanı anladıqdan sonra görünməyən səviyyəyə qalxacaq. Danimarka Bankının proqnozlarına görə, hazırda unsiyası 1, 8 min dollardan 3 min dollaradək artacaq.

 

4. Avropa İttifaqının Silahlı Qüvvələrinin yaradılması

 

Regionda təhlükəsizlik riskləri və ABŞ-ın “dünya polisi” rolunun icrasından imtina etməsi Avropa İttifaqını öz Silahlı Qüvvələrini yaratmağa məcbur edəcək, bu da region birliyini yeni səviyyəyə qaldıracaq. “Saxo Bank” güman edir ki, Avropa İttifaqı yaxın 20 ildə buna 10 trilyon avro ayıracaq.

 

5. Ətin qadağan edilməsi

 

Dünya ölkələrindən birində zərərli tullantıların azaldılması üzrə dünya liderinə can atmaqla, nəinki ətə yüksək vergi tətbiq edəcək, onun istehsalını tamamilə dayandıracaq, texnologiyaları və bitki analoqlarının buraxılışını inkişaf etdirəcək, bu da daha humanistdir və istixana tullantılarının həcmini azaldır.

 

6. Brexit-in ləğv edilməsi haqqında referendum

 

Böyük Britaniyada resessiya səbəbindən siyasi təlatümlər başlayacaq, bu da Avropa İttifaqından çıxmaq barəsində qərara yenidən baxılması üçün səsvermə ilə bitəcək.

 

7. Qiymətlərə geniş dövlət  nəzarəti

 

Siyasətçilər inflyasiyanın qarşısının alınması məqsədilə qiymətlər üzərində ciddi nəzarət tətbiq edəcək, bu da bir sıra arzuolunmaz nəticələrə gətirib çıxaracaq.

 

8. OPEK + ölkələri və Çinin Beynəlxalq Valyuta Fondundan çıxması

 

ABŞ-ı özünə müttəfiq hesab etməyən ölkələr Rusiyaya qarşı sanksiyalar səbəbindən Beynəlxalq Valyuta Fondundan çıxmaq və dolların yerinə yeni ehtiyat aktivi yaratmaq qərarını verəcək.

 

9. Yenin kursunun dollara bağlanılması

 

2022-ci ildə yenin üzləşdiyi problemlər ucbatından Yaponiya Bankı onun kursunu 200 yen/$ səviyyəsində bağlamağa cəhd edəcək və bütün maliyyə sistemini yenidən yükləməyə başlayacaq.

 

10. Ofşorların qadağan edilməsi

 

İqtisadi əməkdaşlıq və inkişaf Təşkilatının üzvləri  vergi limanlarından pulları öz iqtisadiyyatına qaytarmaq və ofşorları tamamilə qadağan etmək qərarına gələcək.

Mənbə

Share: