Rəisi İrandakı etirazlardan danışdı – Əhaliyə vədlər verdi

İran Prezidenti İbrahim Rəisi ölkədə 3 aya yaxındır davam edən etirazlara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.

 

“Etirazlar konstruktiv, üsyan isə destruktivdir. Etirazları dinləmək lazımdır”, – deyə Rəisi bildirib.

 

İran prezidenti ölkədə inflyasiyanın aşağı düşəcəyini və əhaliyə iqtisadi vəziyyətinin yaxşılacağını vəd edib: “Bu gün diktator deyirlər. Diktator kimdir? ABŞ qətiyyən güclü İran görmək istəmir. Onlar İranı işğal etdikləri Liviya, Əfqanıstan, Suriya kimi görmək istəyirlər. İran bu ölkələrdən fərqlidir. İran xalqı ABŞ-ın bu təxribatını reallaşdırmasına imkan verməyəcək”, – deyə prezident söyləyib.

 

Qeyd edək ki, sentyabr ayında 22 yaşlı Məhsa Əminin hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılmasından sonra müəmmalı ölümü İranda böyük etirazlara səbəb olub. Polis gənc qızın ürək çatışmazlığından vəfat etdiyini, ailəsi isə Əmininin heç bir xəstəliyinin olmadığını və döyülərək öldürüldüyünü bəyan edir.

Mənbə

Share: