Kosovonun şimalında və Metoxiyada vəziyyət partlayış həddindədir. Vəziyyətin daha da pisləşməsi üçün sadəcə bir kibrit çəkmək kifayət edir.
Modern.az xəbər verir ki, bu sözləri Serbiyanın müdafiə naziri Miloş Vuçeviç deyib.
Nazir vurğulayıb ki, rəsmi Priştinanın (Kosova-red) hərəkətləri göstərir ki, orada serblərə xoş münasibət göstərilmir.
“Bu, Kosovonun baş naziri Albin Kurti administrasiyasının və onun Kosovoda tam etnik təmizləmə siyasətinin mütəşəkkil terrorudur”, – Vuçeviç bildirib.
Qeyd edək ki, çərşənbə axşamı ROSU xüsusi təyinatlıları (Kosovanın xüsusi təyinatlıları) Kosovska Mitrovitsanın şimalında seçki komissiyasının binasına soxulublar. KİV-in məlumatına görə, partlayış səsləri eşidilib, şəhərin bəzi əraziləri tüstü ilə dolub və siren səsləri yayılıb.