Şuşada gözəl qar mənzərəsi və son hava durumu

Şuşada qar yağıb, ətraf ağ örpəyə bürünüb. Hər fəsildə füsunkar olan əbədi yurdumuz hazırda qarlı və dumanlı mənzərəsi ilə qış nağıllarının hüzurlu, sakit və sehirli xəyallarını xatırladır.

 

Modern.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Facebook hesabında paylaşım edib.

İ.İbrahimova Şuşadakı hava durumu barədə də məlumat verib.

“Şuşada qarın hündürlüyü 5 sm-dəkdir. Gecə və səhər havanın şaxtalı keçməsi nəticəsində yolların buz bağlaması müşahidə olunub.  Günorta saatlarında isə havanın temperaturunun 0 dərəcə ətrafında olması gözlənilir”.

Mənbə

Share: