Belarus Ukrayna ilə həmsərhəd üç rayona girişi məhdudlaşdırdı

Belarusun Qomel vilayətinin Ukrayna ilə həmsərhəd olan üç rayonuna – Loyevski, Bragin və Xoinikiyə sərhəd zolağı boyunca giriş-çıxış məhdudlaşdırılıb.

 

Bu rayonlar Ukraynanın Kiyev və Çerniqov vilayətləri ilə həmsərhəddir. Həmçinin məhz bu rayonlardan fevralda Rusiyanın Kiyevə hücumu başlayıb.

 

Bu qərar Nazirlər Şurası tərəfindən verilib və dekabrın 10-dan qüvvəyə minib.

 

İstisnalar yalnız bu bölgədə yaşayanlara, yaxın qohumlarına baş çəkənlərə və ya işlə bağlı gələnlərə şamil olunacaq.

 

Digər hallarda sərhəd komitəsinin yazılı icazəsi tələb olunacaq. /Oxu.az/

Mənbə: Strana.today

Mənbə

Share: