“Ukraynanın silahlandırılmasında 27 ölkə iştirak edib”.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu MN-də keçirilən kollegiya iclasında deyib.
Onun sözlərinə görə, bu vaxta qədər Ukraynanın silahla təmin olunması üçün 97 milyard ABŞ dolları xərclənib.
Şoyqu, həmçinin Ukraynada 500 NATO peykinin çalışdığını iddia edib.
“Ukrayna cəbhəsində NATO-nun qərargah zabitləri, artilleriyaçıları fəaliyyət göstərir”, – deyə nazir qeyd edib. O həmçinin bildirib ki, qismən hərbi səfərbərlik çərçivəsində 830 min insan iqtisadiyyatın dəstəklənməsi məqsədilə çağırışdan azad olunub.