Kəlbəcərdə yol qəzası – Xəsarət alan var

Kəlbəcərdə yol qəzası – Xəsarət alan var

Kəlbəcərdə iki yük avtomobili toqquşub, xəsarət alan var.

 

Moderator.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

 

Onun sözlərinə görə, hadisə bu gün Kəlbəcər rayon Almalıq kəndi ərazisində baş verib.

 

İki yük avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri Göygöl rayon Toğanalı kənd sakini V. Bayramov yüngül bədən xəsarətləri alıb.

 

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir

Mənbə

Share: