Paşinyan arvadı və qızını da Sankt-Peterburqa aparıb

Paşinyan arvadı və qızını da Sankt-Peterburqa aparıb

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiyaya işgüzar səfər edib.

Hökumətin mətbuat xidmətinin məlumatına görə, Paşinyanı Pulkovo hava limanında Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko qarşılayıb.

Sankt-Peterburqda Paşinyan MDB ölkələri başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək.

Modern.az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanı və kiçik qızını da özü ilə birgə Sankt-Peterburqa aparıb.
 

Mənbə

Share: