ABŞ və Ukrayna generalları ilk dəfə GÖRÜŞDÜ

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Millli ilə ilk dəfə təkbətək görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Zalujni özünün “Telegram” kanalında məlumat yayıb.

 

Görüş Polşada Ukrayna ilə sərhəddə keçirilib.

 

“Mən general Milliyə sarsılmaz dəstəyə və yardıma görə təşəkkür etdim. Ukrayna Silahlı Qüvvələrinin təcili ehtiyaclarını qeyd etdim” – ukraynalı general bildirib.

 

Milli bir gün əvvəl Almaniyada ABŞ hərbçilərinin ukraynalılara təlim keçdiyi düşərgəyə baş çəkib.

 

Yanvarın 20-də Almaniyanın Ramşteyn şəhərindəki ABŞ bazasında Ukraynanın müttəfiqlərinin növbəti görüşü keçiriləcək və onlar ukraynalılara gələcək hərbi yardım planlarını müzakirə edəcəklər.

 

Akif İsmayılov 

Mənbə

Share: