2022-ci ildə Azərbaycan əhalisinin nominal gəlirləri 68 milyard 914,5 milyon manat təşkil edib.
Moderator.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 20,5% çoxdur.
Ötən il ölkədə adambaşına düşən nominal gəlir isə əvvəlki ilə nisbətən 19,9% artaraq 6 845 manata çatıb.