Növbəti ADEX sərgisinin tarixi açıqlandı

 

Azərbaycanda keçiriləcək növbəti Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) tarixi açıqlanıb.

Milletinsesi.az xəbər verir ki, 5-ci müasir silah və texnika sərgisi 2024-cü il sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində baş tutacaq.

Sərgidə 20-dən çox ölkənin silah və texnikalarının nümayişi baş tutacaq.

Qeyd edək ki, ötən il keçirilən 4-cü beynəlxalq sərgidə Türkiyə, Rusiya, Belarus, Hindistan, Almaniya, İspaniya, Bolqarıstan, İsrail, İsveç, Belçika, Pakistan, Fransa, Qazaxıstan, İran, Ukrayna, Finlandiya, İordaniya, Kipr, Çin, ABŞ, İtaliya, Sinqapur şirkətləri iştirak edib.

Mənbə

Share: