Tailandda turist qorxu filminə baxarkən öldü

Tailandın Pattaya şəhərində britaniyalı turist qorxu filminə baxarkən dünyasını dəyişib.

“Daily Mail” xəbər verir ki,77 yaşlı Bernard Çenninqyeni”Lənətlənmiş Annabel 3”filmini izləyirmiş.

Filmin nümayişi başa çatdıqda kinoteatrın zalının işığı yandırılıb. Bu zaman məlum olub ki, britaniyalı turist ölüb.

Kinoteatrın işçiləri təcili tibbi yardım çağırıblar. Kinoteatra gələn həkimlər turistin ölümünü təsdiqləyib.

Şahidlərin sözlərinə görə, kinozaldakılar bu hadisədən şoka düşüblər.

Filmin seyrçilərinin çoxuuzun müddət meyitlə bir yerdəəyləşmələrindən qorxublar.

Polis hələlik Bernardın ölümünün səbəbini açıqlamayıb. Hadisənin əsl səbəbi araşdırmadan sonra məlum olacaq.

Share: