Marselo qərarını verdi – gedir

Marselo şərəfini qoruduğu “Real”dan ayrılmağa qərar verib.

Qol.az-ın “AS”a istinadən yaydığı xəbərə görə,  braziliyalı müdafiəçi bu qərarını rəhbərliyə bildirib. Marselo başqa kluba transferi üçün ona problem yaradılmamasını istəyib.

Xəbərdə 31 yaşlı oyunçu ilə “Arsenal”, “Yuventus”, PSJ  və “Milan”ın maraqlandığı iddia olunub.

Qeyd edək ki, Marselonun “Real”la müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Share: