BQXK-nin maşınları yenidən Laçın yolundan keçiblər

BQXK-nin maşınları yenidən Laçın yolundan keçiblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər yenidən Laçın yolundan keçib.

 

Modern.az xəbər verir ki, BQXK-yə məxsus 5 avtomobilin Laçın yolundan maneəsiz keçməsi üçün şərait yaradılıb.

 

Həmin avtomobillər səhər saatlarında da keçid etmişdilər.

 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Mənbə

Share: