“Finlandiya hələ ki, Ukraynaya Leopard tanklarının təhvil verilməsi ilə bağlı qərar qəbul etməyib”.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Finlandiyanın baş naziri Sanna Marin deyib.
Onun sözlərinə görə, Finlandiya Rusiya ilə həmsərhəd olduğu üçün bu ölkədəki vəziyyət digər ölkələrdən bir az fərqlidir.
“Eyni zamanda, onu da vurğulamalıyam ki, Finlandiya Aİ ölkələrinin Ukrayna üçün birgə silah almasını dəstəkləyir”, – deyə baş nazir vurğulayıb.
Qeyd edək ki, Almaniya və bir sıra digər Aİ ölkələri Ukraynaya “Leopard” tədarükünə start verib.