Ukrayna prezidenti Volodimir Zelenski Vasil Malyuku Təhlükəsizlik Xidmətinin kollektivinə təqdim edib.
Modern.az xəbər verir ki, Zelenski bu barədə rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Mən Ukrayna Təhlükəsizlik Xidmətinin yeni təyin olunmuş rəisi, döyüş zabiti, general-mayor Vasil Malyuku qurumun rəhbər heyətinə təqdim etdim. Tammiqyaslı işğal başlayandan Vasil Malyuk sübut etdi ki, o, vətənpərvərdir, peşəkardır və Ukrayna Təhlükəsizlik Xidmətinə rəhbərlik etmək üçün tam uyğun insandır. Ukraynanın Təhlükəsizlik Xidməti əsaslı və dinamik şəkildə dəyişir, güclü və müasir xidmətə çevrilir.
Hamımıza qələbə arzulayıram!”, – deyə o yazıb.
Qeyd edək ki, Malyuk ötən ildən bu postda əvəzedici kimi çalışsa da, bu yaxınlarda rəsmi şəkildə təyinat alıb.