Türkiyədən sonra bu ölkəni də fəlakət gözləyir?

Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi ölkədə böyük maqnitudaya malik zəlzələ ehtimalına münasibət bildirib.

 

Modern.az “Sputnik Georgia”ya istinadən xəbər verir ki, qurum Türkiyədə baş verən hadisələrdən sonra Gürcüstanı zəlzələ gözlədiyi barədə məlumatı təkzib edib.

 

“Gürcüstan seysmik cəhətdən aktiv ölkədir. Bizdə hər gün onlarla zəlzələ olur, ona görə də ictimaiyyətə bir daha izah edək ki, qısamüddətli periodda böyük zəlzələ proqnozu yoxdur. Xahiş edirik ki, belə informasiyalara inanmayın və zəlzələlərlə bağlı qorxu və çaxnaşmalara səbəb olan yalan məlumat yaymayın”, – deyə açıqlamada vurğulanıb.

 

Bundan əvvəl gürcü seysmoloq Teya Qodoladze də gözlənilən zəlzələ ilə bağlı şayiələri təkzib etmişdi.

Mənbə

Share: