Ohanyandan iltizam alındı – Heç yerə getmə…

 

Keçmiş müdafiə naziri Seyran Ohanyan işi ilə bağlı Milli Təhlükəsizlik Xidmətinə dindirilməyə çağırılıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Joğovurd” yazıb.

Bildirilib ki, o, yazılı ifadə verməsə də, yalnız ittihamı qəbul etmədiyini, bunun ona qarşı saxta şəkildə irəli sürüldüyünü bildirib.

Həmçinin Ohanyandan başqa yerə getməmək barədə yazılı iltizam götürülüb.

Qeyd edək ki, hazırda parlamentdəki müxalif “Hayastan” fraksiyasının rəhbəri olan eks-nazir külli miqdarda dövlət vəsaitinin ələ keçirilməsində ittiham olunur. Bundan əvvəl parlament onun toxunulmazlıq hüququnun ləğvi və haqqında araşdırma başladılmasına icazə verilməsi barədə qərar çıxarmışdı.

Mənbə

Share: