Şahabuddin Çuppu Banqladeşin yeni prezidenti seçilib

Hakim Banqladeş Xalq Liqası partiyasının namizədi, keçmiş məhkəmə hakimi Məhəmməd Şahabuddin Çuppu Banqladeşin yeni prezidenti seçilib.

Bu barədə bazar ertəsi respublikanın seçki komissiyası məlumat yayıb.

Parlamentdə təmsil olunan başqa heç bir siyasi partiya seçkilərdə iştirak etmək üçün namizəd təklif etmədikdən sonra Şahabuddin Çuppu ölkənin növbəti prezidenti elan edilib.

Yeni dövlət başçısı aprelin 24-də, hazırkı prezident Əbdül Həmidin səlahiyyət müddəti başa çatdıqdan sonra səlahiyyətlərinin icrasına başlayacaq.

Banqladeşə 2013-cü ildən başçılıq edən Həmidin səlahiyyətləri uzadıla bilməz, çünki bu ölkənin konstitusiyası iki müddətdən artıq hakimiyyətə icazə vermir.

Qeyd edək ki, Banqladeşdə prezident parlament tərəfindən beş il müddətinə seçilir.

 

Mənbə

Share: