Qanunsuz ov edən şəxs saxlanıldı

Xaçmazda bataqlıq quşlarını ovlayan şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Elxan Məmmədov saxlanılıb.

 

Həmin şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı bataqlıq quşları aşkar edilib.

 

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.

Mənbə

Share: