Britaniya Kiyevə qırıcı verəcək ölkələri dəstəkləyəcək

Britaniya Kiyevə qırıcı verəcək ölkələri dəstəkləyəcək

Britaniya Baş naziri Rişi Sunak Ukraynaya müəyyən növ döyüş təyyarələrin verilməsində “çətinliklər” olduğunu deyib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

 

O qeyd edib ki, Böyük Britaniya Ukrayna hərbçilərinə NATO standartlarına uyğun təyyarələrdən istifadə etmək üçün təlimlər keçirir. Sunak əlavə edib ki, Böyük Britaniya Kiyevə qırıcı verəcək ölkələri “məmnuniyyətlə dəstəkləyəcək”.

 

Akif İsmayılov

Mənbə

Share: