Futbolçu Qəhrəman Əliyev dünyasını dəyişdi

Azərbaycanın veteran futbolçusu Qəhrəman Əliyev vəfat edib.

 

Modern.az xəbər verir ki, 2020-ci ildə koronavirusa yoluxmuş, bu səbəbdən insult keçirərmiş Q.Əliyev komadan ayılmayıb.

 

“Viləş”, “Şəmkir”, MOİK, “Masallı” komandalarının sabiq baş məşqçisi 63 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Qəhrəman Əliyev 11 avqust 1959-cu ildə Masallıda anadan olub.

Mənbə

Share: