Polşada Rusiyaya casusluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Polşada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

Bu barədə Polşa Baş naziri Ofisinin dövlət katibi, xüsusi xidmət orqanlarının koordinatorunun müavini Stanislav Jarın “Twitter“də yazıb.

“Son günlər ölkənin Daxili Təhlükəsizlik Agentliyi Rusiya ilə əməkdaşlıqda şübhəli bilinən daha üç şəxsi müəyyənləşdirib və onlar saxlanılıb. Rusiya kəşfiyyatının yaratdığı casus şəbəkəsi ilə bağlı aparılan istintaq zamanı ümumilikdə 12 nəfər saxlanılıb” – Jarın bildirib.



Mənbə

Share: