Nazirliklərin maşını satışa çıxarıldı

Bir neçə dövlət qurumu balansında olan istifadəsiz avtomobillərin özəlləşdirilməsi məqsədilə hərraca müraciət edib.

Milletinsesi.az  xəbər verir ki, bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi 27 sentyabr tarixində açıq auksion təşkil edəcək. Bu dəfə ki hərraca ümumilikdə 14 avtomobil təqdim edilib.

Hərraca Milli Məclis 3, Kənd Təsərrüfatı Nazirliyi 2, Daxili İşlər Nazirliyi, Baş prokurorluq, Təhsil Nazirliyi və Neftçala rayon İcra Hakimiyyəti 1, Səhiyyə Nazirliyi isə 5 avtomobil təqdim edib.

Hərraca ən yüksək qiymətlə təqdim edilən avtomobil 2005-ci ilin “Şevrolet Niva”-sı olub ki, sözügedən avtomobili də hərraca Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi təqdim edib. Avtomobil üçün müəyyən edilən ilkin satış qiyməti 7200 manatdır.

Hərracın ən ucuz avtomobili isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin özəlləşdirməyə təqdim etdiyi “UAZ-31512” markalı avtomobildir. Bu avtomobil üçün müəyyən edilən ilkin start qiyməti cəmi 1000 manatdır.

Share: