Rusiya, Çin, Şimali Koreya və İran ABŞ-ın kosmik qüvvələri üçün ən böyük təhlükədir.
Milletinsesi.az xəbər verir ki, bunu ABŞ Baş Qərargah rəisi general Cozef Danford deyib.
Amerikalı general bu gün kosmosun rəqabət zonası olduğunu qeyd edib:
“90-cı illərdə kosmosa böyük ölçüdə qüvvə yığanda ABŞ onların bu sahədə rəqiblərinin olacağını bilmirdi. Bu gün bizim rəqiblərimiz Şimali Koreya, Rusiya, Çin və İrandır. Onlar bizi təhdid edəcək dərəcədə kosmosdakı potensiallarını artırıblar”.