Yığmamız Slovakiyaya qarşı – Yenilənir

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Qol.az xəbər verir ki, Milan Obradoviçin komandası Bakıda Slovakiyanı qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:30-da başlanacaq.

Qeyd edək ki, qrupun ilk oyununda Lixtenşteynə uduzan (0:1) yığmamızın növbəti matçı sentyabrın 10-da “Dalğa Arena”da Gürcüstana qarşı olacaq.

6 sentyabr

Avropa çempionatı, II tur

20:30. Azərbaycan – Slovakiya
Baş hakim:
 Deyan Yakimovski (Şimali Makedoniya)
Bakı. “Dalğa Arena”

Share: