ABŞ-dakı aktiv qazma qurğularının sayı 851-ə geriləyib

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalıb.

Bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 5 ədəd azalaraq 851 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 216 ədəd azalıb.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 1 ədəd artaraq 713 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 160 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı da 6 ədəd azalaraq 137 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 57 ədəd geriləyib.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

Share: