ABŞ İsraildən Ukraynaya silah göndərib

ABŞ İsraildə yerləşdirdiyi hərbi texnikaları bir neçə həftə əvvəl Ukraynaya göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi anonim mənbəyə istinadən məlumat yayıb.

 

Mənbə konkret hansı texnikanın göndərildiyini açıqlamayıb. İsrailin Regional Xarici Siyasət İnstitutunun rəhbəri Nimrod Qoren agentliyə bildirib ki, bu məlumat İsrailin Ukraynaya silah verməkdən imtinası ilə ziddiyyət təşkil etmir, çünki göndərilən Amerika texnikası olub.

 

Yanvarın 18-də “The New York Times” qəzeti yazıb ki , ABŞ İsrail ordusunun anbarlarında saxlanılan Amerika sursatlarını Kiyevə göndərir.

 

Akif İsmayılov

 

NYT-nin məlumatına görə, 2022-ci ildə ABŞ və İsrail Ukraynaya İsrail ordusunun anbarlarında saxlanılan 300 000 155 mm-lik mərmi tədarükü barədə razılıq əldə ediblər. Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov bildirib ki, Rusiya hakimiyyəti bu məsələ ilə bağlı İsrailə müraciət etmək niyyətindədir.

Mənbə

Share: