ABŞ Türkiyədən quru əməliyyatını təxirə salmağı istədi

 

Türkiyənin müdafiə naziri Hulusi Akar cümə axşamı bildirib ki, ABŞ Türkiyədən Suriyanın şimalında quru əməliyyatı ilə bağlı “planları yenidən nəzərdən keçirməyi” istəyib.

Milletinsesi.az xəbər verir ki, Hulusi Akar bu haqda tvitter-də yazıb:

“Onlar (ABŞ) bizdən quru əməliyyatı ilə bağlı planları yenidən nəzərdən keçirməyimizi istədilər. Biz narahatlığımızı izah etdik və vədlərimizə əməl etməyimizi istədik”.

Noyabrın 20-dən Türkiyə Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına (PYD-YPG) qarşı hava əməliyyatı keçirir – terrorçu qurupların mövqelərinə zərbələr endirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatının keçiriləcəyini istisna etməyib.

Məlumatlara görə, Türkiyə quru əməliyyatlarını yaxın günlərdə başlaya bilər.

Mənbə

Share: