Ağdamda minalanmış ərazidə yanğın başladı

Ağdamda minalanmış ərazidə yanğın başladı

Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu və Yusifcanlı kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.

Millətin Səsi.az Trend-ə istinadla xəbər verir ki, yanğın minalanmış ərazidə qeydə alınıb.

Hadisə nəticəsində ərazidə alov və güclü tüstü müşahidə olunur.

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən briqadanın cəlb olunduğu bildirilir.

Share: