Ağstafada avtomobil qəzası: 3 nəfər xəsarət aldı

 

Ağstafada iribuynuzlu heyvanın magistral yola çıxması yol-nəqliyyat hadisəsi ilə nəticələnib.

Millətin Səsi.az xəbər verir ki, hadisə Saloğlu qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili qarşısına çıxan iribuynuzlu heyvanı vurub.

Hadisə nəticəsində avtomobildə olan bir ailənin üç üzvü – 1984-cü il təvəllüdlü Ş.Şuşanidze, 1963-cü il təvəllüdlü M.Ukavadze və 1967-ci il təvəllüdlü F.Ələsgərova xəsarət alıblar.

Yaralılar xəstəxanaya aparılıblar.

Avtomobilin sürücüsü və daha bir sərnişin isə xəstəxanaya getməkdən imtina ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Share: