Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bildirib.
O, Avropa Parlamentindəki çıxışında qeyd edib ki, Aİ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi istiqamətində iş aparacaq.
“Əsas məsələ mütləq yeni sanksiyaların tətbiqi deyil, ilk növbədə mövcud sanksiyaların icrasının təmin edilməsidir”, – deyə fon der Lyayen əlavə edib.
Qeyd edək ki, Aİ indiyədək Moskvaya qarşı 21 sanksiya paketi qəbul edib. Avropa Komissiyası 22-ci paketi hazırlayır, lakin onu hələ rəsmən təqdim etməyib.


