Alimlər bəzi insanların burnunun niyə daha böyük olduğunu öyrəndi…

Alimlər bəzi insanların burnunun niyə daha böyük olduğunu öyrəndi. Ana hamilə olarkən bunları yeyirsə…

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, elm adamları insanların üzlərindəki fərqliliklərin səbəbinin ananın hamilə olarkən yediyi qidalarla yaxından əlaqəli olduğunu açıqlayıb.

Nature Communications jurnalında dərc edilən araşdırmada beynəlxalq tədqiqatçılar, “Biz aşkar etdik ki, ananın qida rasionunda zülal səviyyəsinin modulyasiyası mTORC1 fəaliyyətini tənzimləyir, bu da embrionların kəllə-üz şəklində incə, lakin əhəmiyyətli dəyişikliklərə səbəb olur. 

İnsanların görünüşlərində kəllə şəklindən burundakı qığırdaq miqdarına qədər incə fərqliliklərin ana bətnində qidalanmanın səbəb olduğu genlər tərəfindən yaradıldığı ifadə edilərkən, hamiləlik dövründə nə qədər çox protein istehlak edildiyi də qeyd edilmişdir. 

İnsan üzünün əsas görünüşünün valideynlərin genləri ilə müəyyən edildiyi halda, hətta bacı-qardaşların bəzən çox fərqli göründüyü, hətta “eyni” əkizlərin heç vaxt tam olaraq eyni olmadığı qeyd edilmişdir.

Aparılan tətqiqatlarda bəlli olub ki, Anaların daha az proteinli qidalarla qidalanması üzlərinin daha incə olmasına və daha sivri cizgilərin yaranması səbəb olur…
 

Mənbə

Share: