Ançelotti cəzalandırıldı

“Napoli”nin baş məşqçisi Karlo Ançelotti cəzalandırılıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A seriyasının 10-cu turunun “Atalanta” ilə oyununda (2:2) qırmızı vərəqə alan 60 yaşlı mütəxəssisə 1 oyunluq cəza verilib.

Qeyd edək ki, Ançelotti “Atalanta” ilə görüşdə hakimin qərarlarına sərt etiraz etdiyi üçün texniki zonadan qovulmuşdu.

Share: