Arda Turan karyerasını başa vurub

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Arda Turan karyerasını başa vurub.

“Report”un məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

Türkiyə yığmasının sabiq üzvü “Arda Turanın vedası” adlı video yayımlayıb.

Qeyd edək ki, Arda Turan İspaniyada “Atletiko” (Madrid) və “Barselona” klublarının da şərəfini qoruyub.

Mənbə

Share: