
Meksikanın qərbində yerləşən Nayarit ştatında avtobus dərəyə düşüb.
Modern.az yerli mətbuata istinadən xəbər verir, hadisə nəticəsində, azı 15 nəfər ölüb, 20-dən çox sərnişin yaralanıb.
Avtobusda 48 turist olub. Məlumata görə, qəzaya səbəb sürət həddinin pozulması olub.