Avtobus dərəyə düşdü – 15 nəfər öldü 

Meksikanın qərbində yerləşən Nayarit ştatında avtobus dərəyə düşüb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir, hadisə nəticəsində, azı 15 nəfər ölüb, 20-dən çox sərnişin yaralanıb.

 

Avtobusda 48 turist olub. Məlumata görə, qəzaya səbəb sürət həddinin pozulması olub.

Mənbə

Share: