“İran Rusiyanı “soyundur”araq maksimum fayda əldə etmək istəyir”-Yaxın Şərq üzrə mütəxəssis

“İran Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən az qala yeganə ölkədir…”

 

“Onlar Moskva ulağının qarşısında yerkökü tutmaq istəyir…”

 

“Tehran Moskvanın daha da zəifləməsini və daha sərfəli təklifi gözləyir…”

 

“İran Rusiyadan Su-35 təyyarələrini 25 faiz dəyərinə almaq istəyir…”

 

İran Kremlin ağır vəziyyətindən istifadə edərək maksimum qazanc əldə etmək niyyətindədir.

 

Moderator.az xəbər verir ki, bu barədə Yaxın Şərq tədqiqatları Mərkəzinin direktor müavini Sergey Danilov bəyan edib. Məlumatı “MİGNEWS” nəşri yayıb.

 

“İran indiyədək Rusiyaya ballistik raketlər verilməsi  barədə qərar qəbul etməyib, lakin dəqiq onunla alver etmək qərarına gəlib. Həm danışıqlar prosesində, həm zamanı uzadaraq Rusiyanın daha zəifləməsini və buna uyğun olaraq daha yaxşı təklifi gözləməkdədir”, – dövlətlərarası münasibətlər üzrə mütəxəssis belə hesab edir.

 

O, belə siyasəti müdrik adlandırıb. Tehran üçün danışıqların məqsədi ballistik raketlərin satışı üzrə sövdələşmə deyil, ticarət prosesinin özüdür. 

 

“Onlar Moskva ulağının qarşısında yerkökü tutmaq istəyir”, – Danilov ayətüllahların taktikasını belə səciyyələndirib.

 

O, həmçinin əlavə edib ki, Rusiya hər bir “Shahed” raketinə görə bir milyon dollar ödəyir, hərçənd, bir belə dronun dəyəri 20 min dollardır. Həm də İran Kremldən güzəştli qiymətlərlə “Su-35” təyyarələri almağa çalışır. Tehran onların 25 faiz dəyərini ödəməyi planlaşdırır. “Yəni onlar indi Rusiyan “soyundurur” və maksimum qazanc əldə etməyə cəhd göstərir”, – ekspert deyib.

 

İran Ukraynaya qarşı hərbi əməliyyatlar başlanandan sonra Rusiyanı dəstəkləyən az qala yeganə ölkədir. Tehran Moskvaya “kamiladze-dronlar” tədarük edir. Kreml ayətüllah rejimini 300 və 700 km mənzilli ballistik raketlər satmağa razı salmaq istəyir, lakin İran hələlik buna razılıq verməyib.

Mənbə

Share: