Axtarışda olan şəxs postda SAXLANILDI

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sentyabrın 5-də saat 22 radələrində Bakı-Qazax yolunun 189-cu kilometrliyində yerləşən BDYPİ-nin stasionar postunda Cinayət Məcəlləsinin 306-cı (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə axtarışda olan Eldəniz Baxışovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb.

İdarədən Milletinsesi.az-a verilən məlumata görə, o, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

Polis əməkdaşları tərəfindən avtomobildə olan sərnişin, Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş M.Hacıyevin isə narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan o da Polis Şöbəsinə təhvil verilib. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Mənbə

Share: