Azərbaycan Fransa Assosiasiyalar Forumunda təmsil olunur

Fransa-Azərbaycan Dialoqu Assosiasiyası Fransa Assosiasiyalar Forumunda iştirak edir.

Milletinsesi.az-ın yerli bürosu xəbər verir ki, Parisin 15-ci rayonunda baş tutan tədbirdə əsas məqsəd Azərbaycanı, mədəniyyətini fransalılara daha yaxından tanıtmaqdır.

Forumda Azərbaycan xalçaları və digər əl işləri, milli şirniyyatlar nümayiş olunur, jurnallar paylanılır və qonaqlar Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılırlar.

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının stendini çoxlu sayda qonaqlar ziyarət ediblər. Azərbaycanın stendi ilə yaxından maraqlananlar arasında Parisin 15-ci rayonunun meri də var.

Qeyd edək ki, Fransa Assosiasiyaları Forumu ildə bir dəfə, sentyabr ayında keçirilir.

Mənbə

Share: