Azərbaycan gimnastı Universiadada gümüş medal qazandı

 

Çinin Çenqdu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova uğurlu çıxış edib.

Milletinsesi.az-ın xəbərinə görə, o, halqa ilə hərəkətlərin icrasında gümüş medal qazanıb.

Xatırladaq ki, gimnastımız 2019-cu ildə İtaliyanın Neapol şəhərində keçirilən XXXI Yay Universiadasında 2 gümüş medal (gürzlər, çoxnövçülük) qazanıb.

Qeyd edək ki, daha əvvəl Universiadada cüdoçularımızdan Rəşid Məmmədəliyev gümüş, Yaşar Nəcəfov və Leyla Əliyeva isə bürünc medal qazanıblar.

Mənbə

Share: