

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün növbəti oyununu keçirəcək.
Elşad Quliyevin baş məşqçisi olduğu yığma yer aldığı G qrupunda son matçına çıxacaq.
Millimiz sonradan mundiala cəlb edilən Küveytlə üz-üzə gələcək. İlk iki görüşdə qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirən son Avropa çempionuna növbəti raunda qrup birincisi kimi adlamaq üçün heç-heçə də kifayət edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Azərbaycan | 2 | 2 | 0 | 0 | 6-1 | 6 |
2 | Misir | 2 | 1 | 0 | 1 | 3-4 | 3 |
3 | Küveyt | 2 | 0 | 1 | 1 | 5-7 | 1 |
4 | İraq | 2 | 0 | 1 | 1 | 5-7 | 1 |


