Azərbaycan Universitetlərinin “Brend tələbələr”i – SİYAHI 

 

Azedu Təhsil Portalı tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri  daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə  “Brend tələbə”adlı xüsusi buraxılışa  start verir.

Millətin Səsi.az xəbər verir ki, brend tələbələr ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitet rəhbərliyi tərəfindən seçilir.

Təsdiqlənən  siyahı sonda təşkilat komitəsinə göndərilir və ekspertlər tərəfindən müzakirə edilir.

Siyahının hazırlanmasında hər universitet tərəfindən təklif olunan 10 tələbə  professor-müəllim heyətinin, tələbə kəsiminin xüsusi simpatiyasına səbəb olmalı və meyarlara cavab verməlidir.

“Brend tələbə” siyahısının hazırlanmasına  müsbət cavab verən 21 universitet məhz bu meyarları nəzərə alaraq tələbə seçimini həyata keçiriblər.

MEYARLAR

Universitetə gətirdiyi yenilik, yeni çağrışlarla bağlı yanaşmaları;

Sosial şəbəkələrdə məqsədli və faydalı aktivlik dərəcəsi;

Xüsusi analitik qabiliyyəti və natiqlik keyfiyyətləri;

Universitetin ictimai həyatında aktivlik və kommunikabellilik;

Xarici universitetlərlə (tələbə və professor -müəllim heyəti ilə) əməkdaşlıq;

Nəzəriyyə ilə yanaşı, praktik səviyyədə inkişaf. İxtisası üzrə istehsalat göstəriciləri;

Beynəlxalq tələbə proqramlarında iştirak və səmərəlilik;

Milli məsələlər, dövlətçilik mövqeyinin prinsipial şəkildə qorunması;

Liderlik keyfiyyətləri və bunun praktiki tətbiqi;

Universitetin nüfuzunu yüksəldən ideyalarla çıxış etməsi və bunu gerçəkləşdirməsi;

Xarici dil bilgisi, idman, musiqi bacarğı;

Dərsdənkənar məşğuliyyətdə faydalılıq;

Yuxarıdakı şərtlərin ən azı  70 faizinə cavab verməyən tələbə “Brend Tələbə” olaraq təklif edilməyib.

“Brend tələbə”yə qatılan universitetlərin siyahısı:

1)Bakı Dövlət Universiteti;

2)UNEC;

3)Azərbaycan Texniki Universiteti;

4)Azərbaycan Dövlət Pedaqoji Universiteti;

5)Azərbaycan Tibb Universiteti;

6)Azərbaycan Memarlıq və İnşaat Universiteti;

7)Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti;

8)Azərbaycan İlahiyyat İnstitutu;

9)Dövlət İdarəçilik Akademiyası;

10)Bakı Slavyan Universiteti;

11)Bakı Mühəndislik Universiteti;

12)Gəncə Dövlət Universiteti;

13)Azərbaycan Dövlət Aqrar Universiteti

14)Mingəçevir Dövlət Universiteti;

15)Lənkəran Dövlət Universiteti;

16)Bakı Avrasiya Universiteti;

17)Azərbaycan Kooperasiya Universiteti;

18) Xəzər Universiteti;

19)Azərbaycan Dövlət Neft və Sənaye Universiteti;

20)Qərbi Kaspi Universiteti

21)Azərbaycan Dillər Universiteti

Qeyd edək ki,  ilkin mərhələdə universitetlər tərəfindən təqdim edilən tələbələrin informasiya bazaları portalda yaradılacaq xüsusi bölmədə yerləşdiriləcək. Onların uğur hekayələri, fərdi bacarıq göstəriciləri gənc nəslə örnək məqsədilə geniş şəkildə təbliğ ediləcək.

AzEdu Təhsil Portalı siyahıda olmayan universitetləri  də bu missiyaya qatılmağa səsləyir. Qeyd edək ki, “Brend tələbə” davamlı xarakter daşıyacaq, siyahı hər il mütəmadi şəkildə yenilənəcək.

Seçilən tələbələrin orta ümumtəhsil məktəbləri və universitetlərdə görüşləri də planlaşdırılır.

Mənbə

Share: