Azərbaycanın ən çox məhsul göndərdiyi ölkələr

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirilib ki, on ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Hindistan qərarlaşıb. İtaliyaya ixrac 17 milyard 95,2 milyon ABŞ dolları, Türkiyəyə 3 milyard 224 milyon dollar, Hindistana isə 1 milyard 585,6 milyon dollar dəyərindədir.

 

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 17 milyard 354 milyon dollar, Türkiyə ilə 5 milyard 57,9 milyon dollar, Rusiya ilə 2 milyard 867,7 milyon dollar təşkil edib.

Mənbə

Share: