Azərbaycanın axtardığı qadın Belarusda tutuldu

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 51 yaşlı qadın tutulub.

Report-un xəbərinə görə, İnterpol xətti ilə axtarışda olan 1968-ci il təvəllüdlü Viktoriya İsgəndərova Belarusda saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

V.İsgəndərovanın Azərbaycana ekstradisiyası olunması üçün tədbirlər davam etdirilir.

 

Share: