Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, leysan yağıb

İyulun 30-u saat 10:00-a olan məlumatına əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Milletinsesi.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Düşən yağıntının miqdarı: Balakəndə (Balakənçay) 36 mm, Astarada 34 mm, Mingəçevirdə 7 mm, Göygöldə 6 mm, Balakən, Lerik, Yardımlı, Qrız, Qax, Oğuz, Qəbələ, Şəki, Gəncə, Şahdağ, Şamaxı, Qusar, Xaçmaz, Quba, Göyçay, Goranboy, Biləsuvar, Şəmkir, Daşkəsən, Xınalıq, Lənkəranda 5 mm-dək olub.

Dolu: Saat 08:30 radələrində Balakən rayonunda xırda dənəli dolu düşüb.

Külək: İyulun 29-da gün ərzində şimal-qərb küləyi arabir Neftçala, Naftalanda 20 m/s, Beyləqanda 18 m/s, Tərtərdə 16 m/s, Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Mənbə

Share: